9 Mart 2015 01:28
4 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Krımın anneksiyası ilə bağlı əməliyyatın detallarını açıqlayıb.

Teleqraf.com UNİAN-a istinadən xəbər verir ki, Putin bu planın Yanukoviç Ukraynadan qaçarkən - 23 fevral 2014-cü ildə hazırlandığını deyib.

"Mən bizim xüsusi xidmət orqanları, müdafiə nazirliyi rəhbərliyini Kremlə dəvət etdim. Onların qarşısına Ukrayna prezidentinin (Yanukoviçin -red.) həyatını xilas etmək məsələsini qoydum. Yoxsa onu məhv edəcəkdilər, - deyə Putin "Rossiya-1" telekanalının "Krım. Vətənə yol" filminin anonsunda bildirib.

"Orada danışıqlar uzun müddət davam etməsin deyə iriçaplı pulemyot qoyulmuşdu. Biz onu birbaşa Donetskdən su, dəniz və havadan qəbul etməyə hazırlaşmışdıq. Bu fevralın 22-dən 23-nə keçən gecə baş verdi. Biz bu işi səhər saat 7-yə yaxın başa çatdırdıq. Və ayrılarkən mən öz həmkarlarıma dedim: biz Krımın Rusiyanın tərkibinə aytarmaq üçn işə başlamalıyıq", - Rusiya prezidenti deyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər