9 Mart 2015 16:00
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xarici işlər naziri Aviqdor Liberman ərəblərlə bağlı kəskin reaksiya doğuracaq növbəti bəyanatla çıxış edib.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, xarici işlər naziri İsrailə qarşı vuruşan ərəblərin başlarının kəsilməsinin lazım olduğunu söyləyib.


Lideri olduğu “Evimiz İsrail” Partiyasının Herzliya şəhərində keçirilən seçki mitinqində çıxış edən Liberman bildirib ki, İsrailin yanında olan ərəblər hər şeyi əldə edəcək: “Amma bizə qarşı olanların başını balta ilə kəsmək lazımdır. Yoxsa, bu torpaqlarda İsrail adında bir şey qalmaz. Fələstin bayrağı daşıyanlar buradan getsinlər”.

İsrail ilə Fələstin arasındakı sülh prosesinə də toxunan Liberman sülhün iki ölkə arasında əldə edilməsinin mümkün olmadığını deyib: “Fələstinlilər sülh istəyirsə, bu ərəb ölkələri, İsraildəki ərəblər və fələstinlilərin birgə təmsil olunacağı regional bir sülh olmalıdır”.


Müəllif:

Oxşar xəbərlər