9 Mart 2015 18:55
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 mart beynəlxalq qadınlar günündə qadınların futbol çempionatında qalmaqal baş verib.

Publika.az xəbər verir ki, qalmaqal Türkiyədə qadınlar arasında keçirilən futbol çempionatının birinci liqasında - "Gazikentspor" və "Adana İdmanyurdu" arasındakı matçda yaşanıb.

Belə ki, matçın 80-ci dəqiqəsində oyunu idarə edən hakimin "Adana İdmanyurdu"nun futbolçusuna qırmızı vərəqə göstərməsi aranı qarışdırıb. Xanım futbolçuların meydandakı savaşına azarkeşlər də qarışıb. Nəticədə, hakim oyunu yarımçıq dayandırmalı olub.

İğtişaş nəticəsində "Gazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 futbolçusu xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Klub rəsmiləri futbolçuların vəziyyətinin yaxşı olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər