9 Mart 2015 20:35
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların növbəti raundu martın 15-də Lozanna şəhərində keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Bi-Bi-Si rəsmi Tehranın İRNA agentliyinə açıqlamasına istinadən bildirib.

İranı bu danışıqlarda xarici işlər naziri Cavad Zərif, ABŞ-ı isə dövlət katibi Con Kerri təmsil edəcək.

Qərb ölkələri İranın nüvə silahı hazırlamasından ehtiyat edirlər. İran isə bunu təkzib edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər