Fransada evtanaziyaya icazə verilə bilər.
Publika.az İnterxaf-a istinadən xəbər verir ki, bununla bağlı Fransa qanunvericiliyinə dəyişikliyin edilməsi planlaşdırılır. Belə ki,əgər dəyişiklik təsdiq olunarsa, ümidsiz xəstələrə təbii ölüm gələnə qədər dərin yuxuya getmələri üçün iynə vurula bilər.
Qanun layihəsinin müəllifi olan həkim parlamentarinin jurnalislərə bildirdiyinə görə, bu, yalnız həyatının son günlərini yaşayan və dəhşətli ağrılardan əziyyət çəkən xəstələrə aid edilə bilər.
Onun sözlərinə görə, vurulan iynəyə baxmayaraq pasientlərin ölümü təbbi olacaq, yəni bu metod onları öldürməyi nəzərdə tutmur. Bu, həm də hər cür intiharı pisləyən dini qanunlarına da zidd deyil və kilsə tərəfindən rədd edilə bilməz..
Məlumatda bildirilr ki, bu layihənin xeyli əlehdarları ilə yanaşı, çoxlu sayda tərəfdarları da var.