Rusiya prezidenti Vladimir Putin federal dövlət orqanları və dövlət şirkətlərinin rəhbərlərinə xarici banklarda əmanət saxlaması qadağan olunan vəzifə sahiblərinin siyahısını uç ay müddətində təsdiq etmək barədə tapşırıq verib.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bununla bağlı müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.
Bu fərmanla da Rusiyada bir sıra yüksək vəzifə sahiblərinin xarici banklarda əmanət saxlaması qadağan olunacaq.
Nihad