İran İslam Respublikasının milli istehsalı olan “Dəmavənd” hərbi gəmisi istifadəyə verilib.
Yeni gəmi İranın Xəzər dənizi sahilindəki Ənzəli limanından dənizə buraxılaraq hərbi dəniz qüvvələrinin hərbi arsenalına daxil edilib. Bu münasibətlə Ənzəlidə keçirilən mərasimdə İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan, Dəniz Qoşunları komandanı, admiral Həbibullah Səyyari və Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani iştirak ediblər.
Ə.Şəmxani mərasimdə çıxış edərək bildirib ki, Xəzər dənizi region ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rola malikdir. Hərbi gəmini dənizə buraxmaqda İranın məqsədi Xəzər dənizində həyata keçirilən enerji layihələrinin təhlükəsizliyini təmin etmək və beynəlxalq terrorçuluğa qarşı qabaqlayıcı tədbirlər görməkdir.