17 May 2014 11:30
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laos Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Sienq Kuanq əyalətində qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Laos Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər olub. Onların arasında Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və paytaxt Vyentyan şəhərinin meri də var. Ölənlərdən hələlik 9 nəfərin cəsədini tapmaq mümkün olub.

Nümayəndə heyəti Laos Xalq Ordusunun ikinci diviziyasının 55 illik yubiley tədbirlərində iştirak etməyə gedirmiş. Faciə ilə əlaqədar bütün yubiley tədbirləri təxirə salınıb.


Müəllif: