17 May 2014 12:19
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

67-ci Kann kinofestifalının 3-cü günündə böyük qalmaqal yaşanıb. Polis Ukrayna jurnalisti Vitali Sedyuku həbs edib.

Jurnalist qırmızı xalçaya çıxaraq Hollivud aktrisası Amerike Ferreranın paltarını qaldıraraq şəklini çəkmək istəyib. İnsident "Əjdahanı necə əhliləşdirmək-2" animasiya filminin premyerası zamanı baş verib.

Teleqraf.com "The Daily Mail"ə istinadən bildirir ki, baxış üçün akkreditə olunmuş jurnalistlərdən biri ağ uzun ətəklə qırmızı xalça üzərinə gələn Amerike Ferrearaya arxadan yaxınlaşıb, dizini yerə qoyaraq kinoulduzun ətəyini qaldıraraq ayaqları altına uzanıb. Bunu görən mühafizəçilər tez xalça üzərinə qaçıblar. Öncə nə baş verdiyini anlamayan kinoulduz sonra ayaqları arasında jurnalistin başını görüb və dəhşətə gəlib.

26 yaşlı müxbiri yaxalayan mühafizə xidməti onu polisə təhvil verib. Məlumatda bildirir ki, onun işi ilə şəhər prokurorluğu məşğul olacaq.

Qeyd edək ki, Sedyuk dünya ulduzlarına qarşı etdiyi qalmaqallı hərəkətləri ilə məşhurdur. Bunda əvvəl o, Uilla Smiti öpməyə çalışıb. Bu ilin yanvar ayında isə Aktyorlar Gildiyasının mükafatlandırma mərasimində o, Brtedli Kuperin qarşısında diz çökərək gündəmə gəlmişdi.

SUBHAN


Müəllif: