Hillari Klinton ABŞ dövlət katibi vəzifəsində çalışarkən yazışma qaydalarını pozmasına dair ittihamlara cavab verib.
Teleqraf.com xəbər verir ki, xanım siyasətçi elektron yazışmadan rahatlığı üçün istifadə etdiyini dilə gətirib.
O, bildirib ki, heç vaxt şəxsi elektron poçtundan dövlət əhəmiyyətli sənədləri göndərməyib: "Vəzifədə olduğum müddətdə şəxsi e-mail ünvanımdan 60 min məktub yollanıb və bir o qədər də qəbul olunub. Onların bəzisi işgüzar, digərləri isə şəxsi xarakterli olub".
H. Klinton vurğulayıb ki, xidməti yazışmaları Dövlət Departamentində saxlanılır, şəxsi məktublarını isə silib.
Ayxan