Almaniya kansleri Angela Merkel Rusiya paytaxtında qələbənin 70 illiyinə həsr olunacaq hərbi paradda iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzetinə kanslerin yaxınları bildirib.
Merkel qərarı bir neçə gün əvvəl qəbul edib. İmtina qərarı Ukraynadakı münaqişə ilə bağlıdır.
Digər məlumata görə, Merkel Moskvaya 9-u deyil, 10 səfər edəcək və Putinlə təkbətək görüş keçirəcək.
Ayxan