Çində internet üzərində uşaqların satışı geniş vüsət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC-nin apardığı araşdırmada bildirilib. Polis verdiyi açıqlmada ailələrindən oğurlanan uşaqların övladlığa vermə adı altında satıldığını bildirib. ABŞ Xarici İşlər Nazirliyinin verdiyi rəqəmlərə görə Çində hər il 20 minə yaxın uşaq qaçırılır və bu uşaqların çoxu övladlığa götürmək istəyən şəxslərə satılır.
BBC-nin müxbiri Martin Patiens apardığı tədqiqatda internetdə körpələrin açıq satışda olduğu elanlara rast gəlindiyi bildirib. Elanda 8 aylıq sağlam qız uşağı olduğu bildirilən körpənin 30 min dollara satıldığı yazılıb. Bundan sonra körpəni satanla görüşən Patiens “satıcı”nın evli olmadığını və 3 uşağının olduğunu öyrənib.
Bundan sonra Patiens məsələ ilə əlaqədar Çin rəsmilərinə müraciət edib.
Qeyd edək ki, ötən ilin sonunda aparılan əməliyyat zamanı 1000 uşaq taciri həbs olunub.
Samir