12 Mart 2015 12:56
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondunun (BVF) İdarəedicilər Şurası dördillik yardım proqramı çərçivəsində Ukraynaya 17,5 milyard dollar məbləğində yardım ayırmaq qərarı qəbul edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, BVF son bir il ərzində iqtisadiyyatı tənəzzül həddində olan Ukraynaya ikinci dəfə yardım ayırır. BVF-in sərəncamçı direktoru Kristin Laqardın bəyanatında ilk yardımın həcmi göstərilmir. Vəsaitlərin təqdim etmə qrafiki də məlum deyil.

Baş nazir Arseniy Yatsenyuk bəyan edib ki, Beynəlxalq Valyuta Fondu geniş kredit yardımı Ukraynada keçirilən islahatlara görə ayırıb.

Onun sözlərinə görə, ilk yardım 5 milyard dollar həcmində olacaq: “Ümumən Ukrayna dörd il ərzində 25 milyard dollar alacaq. Bu pullar iqtisadiyyatı, maliyyə sektoru və valyutanın məzənnəsini sabitləşdirməyə, eləcə də 2016-cı ildən iqtisadi artım üçün imkan verəcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər