12 Mart 2015 15:02
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən kürdlər üçün yeni sərhədlər çəkəcəm və onlara yeni ölkə söz verirəm”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürməyə hazırlaşan senator Rand Pol bildirib. Onun sözlərinə görə, kürdlərə öz dövlətlərini qurmaq imkanı yaradılmalıdır: “Bunu söyləmək çox asandır. Ancaq yeni dövləti qurmaq üçün Türkiyə, İraq və Suriyadan onlaratorpaq verilməlidir”.

Kürdlərin ən yaxşı döyüşçü olduğunu qeyd edən Pol bölgəyə göndərilən silahların birbaşa kürd döyüşçülərinə çatdırılmasının vacibliyini vurğulayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər