12 Mart 2015 16:11
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin “Erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Ermənistanda keçiriləcək tədbirlərdə iştirak edəcək.

Teleqraf.com regnum.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, məsələ Putinlə erməni həmkarı Serj Sarkisyan arasındakı telefon danışığında razılaşdırılıb. Danışıq zamanı həmçinin Rusiya-Ermənistan münasibətləri, neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Yayılan məlumatlarda Putinin erməni həmkarını Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə bağlı Moskvada təşkil ediləcək tədbirlərə dəvət etdiyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər