İraq qoşunları İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının silahlılarını Tikrit ərazisində sıxışdırmaqda davam edirlər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şəhərin çox hissəsi artıq İraq hökumət qüvvələrinin əlindədir, amma şəhərin mərkəzinə doğru hərəkət çox sayda pusqu və minaların olması səbəbindən ləngiyir.
İŞİD ən azı dörd rayonu, o cümlədən onların qərargahına çevrilmiş saray kompleksini əlində saxlamaqdadır.
Bəzi məlumatlara görə, indi Tikritdə cəmi yüz əlli silahlı terrorçu var.
Samir