17 Aprel 2014 00:12
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senator Con Makkeyn Rusiya tərəfindən təhlükə fonunda Ukraynaya silahla kömək göstərilməsiçağırışı edib.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Respublikaçılar Partiyasının nüfuzlu təmsilçilərindən biri olan Makkeyn NATO-nun Litvanın Zokyanyay şəhərindəki bazasında olarkən bildirib.

«Hesab edirəm ki, biz müdafiə və yüngül silahlarla, zirehli gödəkcə, gecə müşahidəsi cihazları, reaktiv mühərriklər üçün yanacala Ukraynaya kömək edə bilərik. Putin Ukraynanın ərazi bütövlüyünü pozub və indiki halda ukraynalıların çox şeyə ehtiyacı var. Bizim indiyə kimi çox az kömək etməyimiz ayıbdır. Biz Ukraynaya kömək üçün kifayət qədər addım atmamışıq. Biz daha çox kömək etməyə borcluyuq», - Makkeyn deyib.

Onun fikrincə, köməyin olmaması Putinə Ukrayna ilə münaqişəni genişləndirməyə imkan verir.

Bundan öncə isə senator Makkeyn Litvada bildirib ki, Ukraynaya münasibətdə atdığı addımlarına görə Rusiyaya qarşı ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən snaksiyaları yetərli hesab etmir.

Nihad


Müəllif:

Oxşar xəbərlər