Almaniyada dövlət qulluğunda çalışan şəxslər kütləvi tətil ediblər. "Focus Online" xəbər verir ki, təkcə Berlində tətilə 17 min nəfər qoşulub.
Teleqraf.com xəbər verir ki, aksiyada müəllimlər, bağça tərbiyəçiləri, yanğınsöndürənlər və polislər iştirak ediblər. Tətil səbəbindən paytaxtda təhsil müəssisələrinin bəziləri müvəqqəti olaraq bağlanıb.
Bremen və Aşağı Saksoniyada isə etirazlara 7 min dövlət qulluqçusu qoşulub. Aksiya Münhen, Hannover, Lübek və digər şəhərlərinin uniklinikalarını da əhatə edib. Bu səbəbdən bəzi təcili əməliyyatlar təxirə salınıb. Aksiyada ictimai nəqliyyat və metro işçiləri də iştirak edib. Nəticədə sərnişinlərin əksəriyyəti mənzillərinə vaxtında çata bilməyib.
Eyni vaxtda “Amazon” internet portalının Leysbiqdəki əməkdaşları da etiraz aksiyası keçiriblər. Əməkdaşları tətilə "Verdi" həmkarlar ittifaqı çağırıb. Təşkilat əmək haqlarının artırılması və kollektiv sazişin imzalanmasını tələb edib.
Samir