14 Mart 2015 01:21
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisində "paralel yapı" iddiaları ilə bağlı aparılan araşdırmada daha 10 nəfər saxlanılıb.

Məlumata görə, Sivas Təhlükəsizlik İdarəsinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları uzun müddətdir davam edən istintaq daxilində 18 rayonda euni vaxtda əməliyyat keçirib.

Aralarında komissar, şöbə müdiri və polis məmurlarının olduğu 35 nəfərin saxlanıldığı əməliyyatda hələlik 2-si SivasKəşfiyyat Şöbə Müdirliyində vəzifəli olmaq üzrə 10 polisin nəzarətə alındığı bildirilib.

Qeyd edək ki, 2013-cü ilin dekabrın 17-də Fətullah Gülənə yaxın polis əməkdaşlarının AKP hökümətinin yüksək çinli məmurlarına qarşı başladığı korrupsiya qalmaqalından sonra Ərdoğanla Gülən tərəfdarları arasında gərginlik pik həddə çatdı. Korrupsiya qalmaqalından sonra iki seçkidə qalib gələn Ərdoğan tərəfdarları güc strukturlarında Gülən tərəfdarlarının "ov"una çıxdılar.


Müəllif:

Oxşar xəbərlər