14 Mart 2015 01:55
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dalğıclar Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında, Moskva çayının dibindən iki tapança aşkar ediblər.


Teleqraf.com-un məlumatına görə, onlardan birinin Nemtsovun qətlində istifadə edilmədiyi dəqiqləşib. İkinci tapança üzrə ballistik ekspertizanın rəyi hələlik hazır deyil. Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətlin təşkilinə görə Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.


Müəllif: