14 Mart 2015 12:05
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hakimiyyəti Qahirənin şərqində yerləşəcək yeni inzibati paytaxt tikmək qərarına gəlib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu planın reallaşdırılmasının 5-7 il çəkəcəyi gözlənilir. Layihənin ümumi dəyəri isə 45 milyard dollar olacağı bildirilib. Mənzil-tikinti naziri Mustafa Madbulinin sözlərinə görə, Sinqapur ölçüsündə olacaq şəhərdə bütün nazirliklər və müxtəlif ölkələrin diplomatik səfirlikləri yerləşəcək.

Madbuli şəhərin 5 milyon insan üçün nəzərdə tutulduğunu və hazırki paytaxtın yaxın 40 ildə əhalisinin 2 dəfə artacağını deyib.

Samir


Müəllif: