14 Mart 2015 13:53
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada son dörd ildə 211 min dinc sakin öldürülüb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının hesabatında deyilir. Bildirilir ki, öldürülənlərdən 18242-i uaq, 18457-i qadındır.

Həmçinin o da qeyd edilir ki, 11427 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. Təşkilat göstərilən dövr ərzində Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin 5150 kimyəvi bomba istifadə etdiyi və bunun nəticəsində 12194 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bundan əlavə Suriyada İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 3967 nəfəri, “Əl Nusra” Cəbhəsi isə 331 şəxsi qətlə yetirib. Koalisiya qüvvələrinin hücumları zamanı isə 103 dinc sakin həyatını itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər