14 Mart 2015 13:37
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran rəhbərliyi İŞİD-ə qarşı İran Şam İslam Dövləti (İŞİD) qurulub.


Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mosulun İŞİD tabeliyinə keçməsindən sonra İran terror təşkilatının bənzəri olan “Xorasani Briqadası”nı qurub.


Təşkilat 9 ay əvvəl yaradılıb və 2 ay ərzində bütün hərbi və siyasi təşkilatlanmasını tamamlayıb. Briqadanı koordinasiya edən iranlı general Həmid Takhavi ötən ilin sonunda İraqda öldürülüb.

Təşkilatın lideri Seyid Əli Yasir isə ötən ilin noyabrında İraqın Diyala şəhərində ayağından vurulub. O, hazırda kasteldə gəzir.


Təşkilatın İŞİD kimi “dövlət quruculuğu” şəklində formalaşdığı və öz nazirlərinin olduğu bildirilir.


Briqada əsas vəzifəsinin “İraqın Ramadiyə girməsinə maneə törətmək, Nəcəf-Kərbəla-Bağdadı qorumaq və İraqda İŞİD-in kökünü kəsmək” olduğunu açıqlayıb.


Müəllif: