Ukrayna prezidenti Petro Poroşenko futbol üzrə 2018-ci il Dünya çempionatının Rusiyada keçirilməsini "ağılasığmaz" adlandırıb. Musavat.com xəbər verir ki, məlumatı "Bild" yayıb.
"Mənə elə gəlir ki, 2018-ci ildə dünya çempionatının boykot edilməsi məsələsindən danışmağa başlamaq lazımdır. Nə qədər ki, Rusiya qoşunları Ukraynadadır, dünya birinciliyinin bu ölkədə keçirilməsi ağılasığmazdr", - Poroşenko bildirib.
Ukrayna prezidenti deyib ki, hazırkı vəziyyətdə futbol və siyasəti ayırmaq mümkün deyil."
"Ukraynanın ən uğurlu klublarından biri - "Şaxtyor" Lvovda oynamağa məcburdur. Çünki, Donetski rus əsgərləri yuyub", - Poroşenko əlavə edib.