17 May 2014 22:55
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran görünməyən təyyarələri aşkarlayan RLS hazırlayıb.

İranın "Fars" xəbər agentliyinin məlumatına görə, yaxın günlərdə RLS-in sınaqları keçiriləcək:

“İran İslam Respublikası gizli və radarda görünməyən təyyarələri (stealth) aşkarlamağa imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) sınaqlarını keçirəcək. İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının ildönümündə keçiriləcək.

General Fərzad İsmaili sözlərinə görə, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub”, - deyə agentliyin xəbərində qeyd olunur.


Müəllif: