16 Mart 2015 15:11
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqının çağırışı ilə səhiyyə sektorunun işçiləri etiraz aksiyası keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişdə 40 min nəfərə yaxın tibb işçisi iştirak edib. Onlar hökumtəin səhiyyə sektorunda apardığı yeni islahatlara qarşı çıxıblar.

Həkimlərin sözlərinə görə, sözügedən islahatlar onların iş yükünü ağırlaşdıracaq və göstərdikləri xidmətlərə görə ödəmələri gecikdirəcək. Polisin aksiya iştirakçılarına güc tətbiq etdiyi də gələn xəbərlər arasındadır.

Qeyd edək ki, bu layihə baxılması üçün parlamentə təqdim edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər