Rusiyanın hərəkətləri Cenevrə danışıqlarını pozmaq məqsədi güdür.
Teleqraf.com newsgeorgia.ru-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb: “İkitərəfli görüşlərdə biz bu məsələni qoyacağıq. Bu yaxınlarda Kreml məhz martın 18-də Tsxinvali ilə müttəfiqlik haqqında müqavilənin imzalanacağını bildiririb. Bu, məqsədyönlü bir addımdır. Biz bunu Rusiya tərəfindən təxribat xarakterli addım kimi qiymətləndiririk”.
Qeyd edək ki, martın 18-də Sxinvali regionunun (Cənubi Osetiya) de-fakto rəhbəri Leonid Tibilov Cenevrədə beynəlxalq danışıqlarının 31-ci raundunda iştirak etmək üçün Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Danışıqlar zamanı tərəflərin “inteqrasiyası və müttəfiqlik haqqında” müqavilə imzalanması planlaşdırılır.
Samir