16 Mart 2015 22:34
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya hökuməti şagirdlərin intiharının qarşısını almaq üçün qeyri-adi tədbirlərə əl atıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təhsil naziri Yeo- vuu mətbuat konfransında şagirdlər arasında intihar hallarının artmasından şikayətlənib.

Nazir şagirdlərin smartfon telefonlardakı fəaliyyətinin yaxından izləndiyini və intiharla bağlı açar sözlərin mərkəzi bazaya düşdüyünü ifadə edərək qeyd edib ki, əldə olunan məlumatlar əsasında dərhal araşdırma aparılacaq.

Eyni zamanda 18 yaşa çatmayan şəxslərin internetdən intiharla bağlı məlumatlara çıxışı məhdudlaşdırılacaq.

Qeyd edək ki, Cənubi Koreyada ötən il 800-dən çox şagird intihar edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər