18 May 2014 00:40
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayana Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlar və xarici dövlətlərdən daxil olan müvafiq müraciətlərə baxaraq, mayın 25-də keçiriləcək prezident seçkilərini izləmək üçün daha 532 rəsmi müşahidəçini qeydə alıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bununla da qeydiyyatdan keçən rəsmi müşahidəçilərin sayı 2191 nəfərə çatıb. Onlardan 1950 nəfər beynəlxalq təşkilatların, 241 nəfər isə xarici dövlətlərin təmsilçiləridir.

Bunadan başqa, artıq xaricdəki 114 seçki məntəqəsinə də 442 436 bülleten göndərilib.

Nihad


Müəllif: