17 Mart 2015 14:26
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada anti-semit zəmində cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Fransa Yəhudi Şurasının hesabatına əsasən, son bir ildə ölkə ərazisində qeydə alınmış anti-semitizm hücumların sayı 30 faiz artaraq, 851-ə çatıb. 2013-cü ildə oxşar hücumların sayı 423 olub. 2014-cü ildə 7 min yəhudi ailəsi Fransanı tərk edib. Bu isə 2013-cü ilin statistikası ilə müqayisədə iki dəfə çoxdur.

Qeyd edək ki, son zamanlar Fransada anti-terror əməliyyatları çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Paris və Kopenhagendəki terror hücumlarının ardınca Fransanın Sovinon şəhərindəki yəhudi qəbirstanlığındakı 300-ədək məzar təhqirə məruz qalıb.

Strazburqda 15 mindən çox yahudi yaşayır və hazırda onların mühafizəsi gücləndirilib. Onlar anti-semitizmə qarşı mübarizəni gücləndirmək üçün Avropa Birliyi səviyyəsində daha effektiv tədbirlər görməyi tələb edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər