18 May 2014 12:12
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Ukraynanın şərqinə nəzarət edən silahlılar Rusiyaya bir neçə yüz meyit yüklənmiş avtomobil karvanı keçiriblər.

Teleqraf.com bildirir ki, bu barədə “İnformasiya Müqaviməti” qrupunun rəhbəri, hərbi jurnalist Dmitri Tımçuk Facebook səhifəsində yazıb.

“Bizim qrupa daxil olan operativ məlumatlara görə, bu gecə terrorçular Ukrayna ərazisindən Rusiyaya xüsusi yüklə yüklənmiş avtomobil karvanı keçirməyə hazırlaşırdılar. Belə ki, avtomobil karvanı ilə Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən öldürülümüş terrorçuların cəsədləri daşınacaq. Cəsədlərin sayı bir neçə yüzdür” - deyə Tımçuk yazıb.

Onun məlumatına görə, cəsədləri daşıyan avtomobil karvanı dövlət sərhədini Luqansk vilayətindən keçməli idi. Tımçuk yazıb ki, bundan əvvəl toqquşmalarda yaraqlılar ölənlərin cəsədlərini götürməyə israrla can atıblar. Məqsəd onların Rusiya vətəndaşı olduğunun üzə çıxmasının qarşısını almaqdır.

Digər məlumata görə, mayın 17-də səhər Rusiya istiqamətindən 6 “KamAZ” və 1 "UAZ" avtomobilindən ibarət karvan dövlət sərhədini keçərək Luqansk vilayətinə daxil olub. Onların cəsədləri aparmaq üçün göndərildiyi təxmin edilir. /virtualaz/


Müəllif: