18 May 2014 12:24
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Simonoviç bildirib ki, Ukraynanın cənub-şərqində baş verən hadisələr ona daha çox 1990-cı illərin əvvəllərində doğma Xorvatiyanı xatırladır. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

"Qorxuram ki, adekvat təxirəsalınmaz tədbirlər görülməsə, ölkə geri qaytarılma nöqtəsinə çatacaq", - diplomat şənbə günü axşam BBC-yə müsahibəsində deyib.

Simonoviçin bildirdiyinə görə, BMT Ukraynanın cənub-şərqində qətllər, işgəncələr və adam oğurluğu çoxsaylı faktlar haqqında təsdiq olunmuş məlumatlara malikdir.

Silahlı separatçılar hakimiyyətlə danışıqlardan imtina etməyi davam edəcəklər. Onlar şənbə günü Aleksandr Borodayın qondarma "Donetsk respublikasının" "baş naziri" vəzifəsinə təyin edilməsi barədə elan ediblər.


Müəllif: