Türkiyədə 29 yaşlı oğlan 48 yaşlı qayınanasına təcavüz etdikdən sonra onu boğaraq öldürməkdə ittiham olunur.
Teleqraqf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il mayın 27-dəa baş verib. Tək yaşayan 3 uşaq anası Səadət İnal qonşuları tərəfindən evində ölmüş halda tapılıb.
Hadisə ilə bağlı araşdırma aparan polis qadının öldürüldüyünü müəyyən edib. Polis onun son görüşdüyü adamın kürəkəni Lütfü Aslanı və onun dostu 30 yaşlı K.D-ni həbs edib.
Dindirmə zamanı ittihamları qəbul etməyən Lütfü Arslan məhkəmənin qərarı ilə həbsxanaya göndərilib. Dostu K.D. isə sərbəst buraxılıb.
Səadət İnalın öldürülməsiylə bağlı məhkəmə bu gün davam edib. Prokuror tibbi ekspertizanın hesabatında İnalın üzərində şübhəlinin DNT nümunələrinə rast gəlindiyini biliriib. O, qadının boğularaq öldürüldüyünü və bu səbəbdən şübhəlinin “adam öldürmə”, “mənzil toxunulmazlığını pozmaq və cinsi təcavüz” maddələrinə uyğun olaraq cəzalandırılmasını tələb edib.
Məhkəmə təxirə salınıb.
Rüstəm