Moskva BMT Təhlükəsizlik Şurası üzvlərinin Krım məsələsinə həsr olunmuş görüşünə qatılmayacaq. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" Rusiyanın BMT yanındakı nümayəndəliyinə istinadən yayıb.
Nümayəndəlikdən bildirilib ki, bu tədbir təxribat xarakteri daşıyır: "O, BMT Təhlükəsizlik Şurasının fəaliyyət sahəsinə daxil deyil. Rusiya nümayəndə heyəti orada iştirak etməyəcək. Bizdə olan məlumata görə, bir sıra digər ölkələr də qatılmayacaqlar".
Qapalı müzakirələr martın 19-da Litvanın təşəbbüsü ilə keçiriləcək. Toplantıda Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun da iştirakı planlaşdırılır.