Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu NATO-nun baş katıbı Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Rusiya dərhal Gürcüstan ərazisindəki qoşunlarını çıxarmalıdır: “Bu qondarma müqavilə regionda təhlükəsizliyi və sabitliyi şübhə altına alır. O, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur, eləcə də beynəlxalq hüquq prinsiplərinə ziddir”.
Moskva və Sxinvali arasında bağlanmış müqavilə sərbəst gediş-gəlişi, sərhəd gömrük orqanlarının inteqrasiyasını, vahid məkanının formalaşdırılmasını, region sakinlərinə Rusiya vətəndaşlığı alınması prosedurunun sadələşdirilməsini, maaşların və pensiyaların artmasını, daxili işlər orqanlarının əməkdaşlığının genişləndirməsini nəzərdə tutur.
NATO-nun baş katıbı vurğulayıb ki, Abxaziya və Tsxinvali regionu Gürcüstanın ayrılmaz hissəsidir və NATO Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir.
Samir