Rusiya keçirdiyi hərbi təlimlərə cəlb olunan şəxsi heyətı və aviasiya texnikasının sayını artırıb.
ANS PRESS-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov verdiyi açıqlamada bildirib ki, təlimlərdə şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb.
Martın 16-dan başlayan və 5 gün davam edəcək təlimlərin məqsədi Rusiya silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək və ordunun döyüş qabiliyyətinin yoxlanılmasıdır.