18 May 2014 19:19
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən ordusunun əsgərləri terrorçularla atışma zamanı "Əl Qaidə"nin yerli təşkilatının komandiri və onun 4 köməkçisini məhv edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Yəmən Müdafiə Nazirliyi atışmanın Şabva əyalətinin Karn əs-Savda rayonunda baş verdiyini bildirib. Burada "Əl Qaidə" komandiri Əl-Mikdad və daha 4 terrorçu öldurulüb.

Qeyd edək ki, Yəmən odrusu məhz Şabva əyalətində "Əl Qaidə" döyüşçlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirir.

Nihad


Müəllif: