Ukrayna prezidenti Pyotr Poroşenko türk həmkarı Rəcəb Tayyib Ərdoğanla TANAP qaz kəmərinin tikintisində Ukrayna şirkətlərinin iştirakının imkanını müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi məlumat verir.
"Biz beynəlxalq qaz nəqliyyat layihələrinin reallaşdırmasında, xüsusən Xəzər şelfinin və Mərkəzi Asiya ölkələrindən təbii qazın nəqli üzrə və yeraltı qaz anbarlarının tikintisi və Ukrayna yeraltı qaz anbarlarında qazın saxlanılması şərtləri üzrə təcrübə mübadiləsində marağımızı ifadə etdik ", — Türkiyə prezidentiylə danışıqların nəticəsinə görə Poroşenko bildirib.
"Biz TANAP qaz kəmərinin tikintisində Ukrayna şirkətlərinin iştirakının imkanını müzakirə etdik", — Poroşenko əlavə edib.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.