Əfqanıstanın xüsusi xidmət orqanları ölkənin vitse-prezidenti Abdul Rəşid Dustuma sui-qəsdin qarşısını alıblar.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, terrorçu siyasətçiyə at yarışları zamanı hücum etməyi planlaşdırıb.
Əfqanıstanın xüsusi xidmət orqanlarının məlumatına görə, ekstremistlər siyasətçini öldürməyə uzun müddət hazırlıq görüblər. Belə ki, bir neçə kq ağırlığında partlayıcı qurğu yəhər çantasına yerləşdirilib. Buzkaşi adlı at yarışı zamanı terrorçu tribunaya yaxınlaşmalı və partlayıcı qurğunu işə salmalı imiş.
Bu, Əfqanıstanın vitse-prezidentinə qarşı ikinci sui-qəsd cəhdidir. 2014-cü ilin noyabrında da vitse-prezidentə qarşı terror hücuu planlaşdıran 4 terrorçi Kabildə saxlanılmışdı.
Nihad