18 May 2014 22:41
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyada yaşayan 26 qadın Papa Fransiskə çox qəribə təkliflə müraciət ediblər.

Teleqraf.com-un məlumatına görə, katolik din xadimləri ilə eşq yaşadıqlarını deyən italyan qadınlar Papaya məktub yazaraq təklif ediblər ki, dinin evliliklə bağlı rahiblər qarşısında qoyduğu qadağanı aradan qaldırsın. Onlar din xadimlərinin evlənmələrinin qadağan olmasını xatırladaraq bu tabunun ləğv olunmasını istəyiblər.

Onlar katolik din adamlarına aşiq olduqlarını və aralarındakı münasibəti gizli tutmaq məcburiyyətində qaldıqlarını qeyd ediblər. 26 qadının imzaladığı məktubda deyilir:

“İmkan verin sevdiyimiz din adamları uşaq sahibi ola bilsinlər, övladlarını qucağına ala bilsinlər. Xahiş edirik, bu qadağanı yenidən nəzərdən keçirin. Katolik dünyasında bir çox rahib çəkinərək, kilsədən qorxaraq qadınlarla əlaqəyə girir. Bu haqsızlıqdır”.


Müəllif: