Martın 23-dən 27-dək Monteneqronun Budvo şəhərində 2015-ci il üzrə hərbi əməkdaşlığın əlaqələndirilməsi mövzusunda işçi görüşü, Ankarada isə strateji rabitə mövzusunda kurs keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.