23 Mart 2015 16:49
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı 100 amerikalı əsgərin şəxsi məlumatlarını və fotoşəkillərini dərc edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayımlanan materialda təşkilat tərəfindən bu hərbçilərin ölüm əmrinin verildiyi açıqlanıb.

ABŞ Müdafiə Nazirliyi isə verdiyi açıqlamada məsələnin araşdırıldığını deyib: “Məlumatların doğruluğunu təsdiq edə bilmərəm, məsələni araşdırırıq. İşçilərimizə hər zaman lazımi təhlükəsizlik tədbirlərini nəzərə almalarını tövsiyə edirik”.

Bəzi məlumatlara görə, terrorçular bu sənədləri hakerlər vasitəsi ilə əldə ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər