23 Mart 2015 18:13
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya və Yeni Zelandiya arasında sərbəst ticarət müqaviləsi imzalanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, paytaxt Seulda keçirilən imzalama mərasimində Yeni Zelandiyanın baş naziri Con Ki və Cənubi Koreya prezidenti Park Qeun-hye iştirak edib.

Mərasimdə çıxış edən Park Qeun-hye imzalanan azad ticarət müqaviləsinin iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirəcəyini və qarşılıqlı etimadı möhkəmləndirəcəyini deyib.

Müqavilənin hər iki ölkə parlamenti tərəfindən təsdiq olunmasından sonra 15 il ərzində Yeni Zelandiyadan Cənubi Koreyaya gələn məhsullarının 94 faizi idxal vergilərindən azad olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər