24 Mart 2015 09:31
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Devid Kemeron üçüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməyəcək.


APA-nın məlumatına görə, bu barədə D.Kemeron BBC-yə müsahibəsində bildirib.


“Bildirdiyim kimi, ikinci müddətə namizədliyimi irəli sürəcəm. Düşünürəm ki, sonra yeni liderlərin vaxtı yetişəcək”, deyə baş nazir bildirib.

D.Kemeron mümkün varisləri siyahısına Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey, maliyyə naziri Corc Osborn və London meri Boris Consonu daxil edib.


Xatırladaq ki, mayın 7-də Böyük Britaniyada ümumi seçkilər keçiriləcək. Devid Kemeron isə 2010-cu il, mayın 11-dən Böyük Britaniyanın baş naziri postunu tutur.


Müəllif:

Oxşar xəbərlər