24 Mart 2015 18:31
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç və Ankara bələdiyyə başçısı Melih Gökçek haqqında cinayət işi açıla bilər. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, tərəflərin bir-birini Fətullah Gülən hərəkatı ilə əlbir olaraq ölkə mənfəətinə zərbə vurması ilə ittiham etməsindən sonra, ölkənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Atilla Kart Ankara prokurorluğuna tərəflərin Gülən hərəkatı ilə işbirliyinin olmasının araşdırılması ilə bağlı müraciət edib.

Məlumat üçün qeyd edək ki, Arınçın bu günlərdə prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı verdiyi açıqlama hakim partiya daxilində ciddi qalmaqala səbəb olub.

Arınç açıqlamasında qeyd edib ki, Ərdoğan kürd probleminin həlli məsələsinin detalları haqqında yetərincə məlumatlı deyil.

Məlumatda eyni zamanda, M.Gökçenin Arıncı hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham olunan Fətullah Gülənlə əlaqəli olmaqda ittiham etdiyi də bildirilir.

Xatırladaq ki, qarşılıqlı ittihamlarla Arınç da M.Gökçeni Gülən hərəkatı ilə əməkdaşlıqda günahlandırıb.


Müəllif:

Oxşar xəbərlər