25 Mart 2015 10:03
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı tibb bacısı ölüm anında olan insanların ən çox çəkdikləri peşmanlıqlarını qeydə alıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qeydlərdən siyahı hazırlayan tib bacısı 5 peşmanlığın daha çox olduğunu görərək bunları insanlarla bölüşüb.

Tibb bacısı insanların ölümləriylə qarşılaşdıqlarında daha da yetkinləşdiklərini bildirib.

Hər kəsin inkar, qorxu, sinir, vicdan əzabı, təkrar inkar və son olaraq qəbul etmə mərhələlərindən keçdiyini açıqlayan qadın, bütün xəstələrinin həyatlarının sonuna gəlmədən əvvəl özləriylə barışdıqlarını söyləyib.

Tibb bacısının "Ölməyin ən böyük 5 peşmanlığı" adlı kitabı 27 dilə çevrilib.

Ölmək üzrə olan insanların həyatdakı ən böyük 5 peşmanlığı:

5) Daha xoşbəxt olmaq üçün özümə icazə vermək istərdim.

4) Yoldaşlarımla əlaqəmi pozmamağı istərdim.

3) Hiss etdiklərimi dilə gətirəcək cəsarətim olmasını istərdim.

2) Kaş ki, bu qədər çox işləməzdim.

1) Başqalarının istəklərinə görə deyil, öz həyatımı yaşaya bilmək cəsarətimin olmasını istərdim.

Rüstəm


Müəllif: