25 Mart 2015 02:39
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qərbində yerləşən İmralı adasındakı xüsusi rejimli həbsxanasında cəza çəkən Kürd Fəhlə Partiyasının (PKK) rəhbəri Abdullah Öcalanın Novruz bayramı ərəfəsində öz tərəfdarlarına müraciəti qardaş ölkədə birmənalı qarşılanmayıb.

Teleqraf.com azertag.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK ilə işbirliyindən bəhrələnərək ölkədə anarxiya yaratmaq istəyən, o cümlədən barışıq məsələsindən sui-istifadə etməyə çalışan qüvvələrə qarşı kəskin ittihamlar səsləndirib. Tərk-silah məsələsinin hər hansı bir şərtlə irəli sürülməsinin yolverilməz olduğunu diqqətə çatdıran Türkiyə Prezidenti bildirib ki, siyasətlə məşğul olmaq istəyənlər silahlı gücdən imtina etməli, qanunsuz qruplaşmalardan uzaq olmalıdırlar. Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, silah kölgəsində barışıq olmaz.


Müəllif:

Oxşar xəbərlər