25 Mart 2015 12:41
2 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı mütəxəssislər Germanwings hava yolları şirkətinə aid Airbus A-320 təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırır. Qeyd edək ki, İspaniyadan Almaniyaya uçan təyyarə ötən gün Fransanın cənubunda qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəkilərin hamısı - 144 sərnişin və 6 ekipaj üzvü həlak olub.

Teleqraf.com-un xəbərinə görə, Almaniyanın "Die Zeit" qəzeti qəzaya uğrayan təyyarənin texniki nasazlıq səbəbindən uzun müddət təmir üçün gözlədiyini iddia edib.

Barcelonadan Düsseldorfa gedərkən Fransanın Barcelonnette qəsəbəsi yaxınlığında qəzaya uğrayan təyyarənin görüntüləri yayılıb. Mütəxəssislər qəzanın səbəbini öyrənmək üçün təyyarənin ikinci "qara qutu"sunun da incələnməli olduğunu bildirirlər. Hazırda ikinci "qara qutu"nun axtarışları davam etdirilir.

AFP-inxəbərinə görə; təyyarədə Alman opera sənətçiləri Oleq Brıjak (54 yaş) və Maria Radner (33 yaş) də olub. Radnerin həyat yoldaşı və körpəsiylə səfər etdiyi açıqlanıb.

Teleqraf.com həmin təyyarənin qəzadan əvvəlki, eləcə də qəza yerindən çəkilən fotolarını təqdim edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər