ABŞ-da daha bir müəllimin yetkinlik yaşına çatmayan şagirdi ilə cinsi əlaqəyə girdiyi məlum olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, evli və 2 uşağı olan Cesika Streper adlı məktəb müəllimi 14 yaşlı şagirdi ilə avtomobildə cinsi əlaqəyə girdiyini etiraf edib. Məhkəmədə ifadə verən şagird 34 yaşlı müəlliməsi ilə 5-i avtomobildə olmaqla ümumilikdə 7 dəfə cinsi yaxınlıq etdiyini bildirib.
Məhkəmə Cesika Streperi günahını etiraf etdiyinə görə 10 min dollar məbləğində cərimələyərək sərbəst buraxıb. Amma seks günahkarı olaraq damğalanan müəlliməyə 20 ilə qədər həbs cəzası verilə bilər.
Uğur