Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı PKK terror təşkilatı tərəfindən Dağlıca, Yüksekova və Hakkari bölgəsinə hücum təşkil edildiyini bildirib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu bölgələr terrorçular tərəfindən minaatanlar və avtomat silahlardan atəşə tutulub.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı açıqlamada deyilir: "Bölücü terror təşkilatının üzvləri martın 25-də saat 13.25-də Dağlıca, Yüksekova, Hakkari bölgəsindəki qüvvələrimizi atəşə tutub. Minaatanlar radarla müəyyən edilib və dərhal cavab atəşi açılıb.
Ayrıca Bölücü terror təşkilatı mənsubları tərəfindən martın 25-də saat 14.40-da Dağlıca bölgəsindəki qüvvələrimiz pulemyotlardan atəşə tutulub".
Nihad